Papa XIV Leo-nun ən çox sevdiyi filmlər bəlli olub.
1xeber.media xəbər verir ki, bu barədə noyabrın 12-də Vatikanın mətbuat xidmətinə istinadən Daily Mail nəşri məlumat yayıb.
Siyahıya dörd film daxildir: “Bu, gözəl həyatdır” (ABŞ, 1946), “Musiqinin səsi” (ABŞ, 1965), “Həyat gözəldir” (İtaliya, 1997) və “Adi insanlar” (ABŞ, 1980).
Məqalədə bildirilir ki, Roma Katolik Kilsəsinin rəhbəri “kino dünyası ilə dialoqu dərinləşdirmək” məqsədi ilə Hollivud aktyorları ilə görüşdə siyahı müzakirə etməyi planlaşdırır. Vatikanda Papa ilə görüşdə 30-a yaxın ulduz iştirak edəcək. Onların arasında aktyorlar Keyt Blanşett, Kris Pine, Alison Bri, Deyv Franko və Viqqo Mortensen, eləcə də rejissorlar Spike Li, Corc Miller və Qus Van Sant var.















