Rusiya ilə ABŞ arasında münasibətlərin parlaq perspektivləri var, lakin hər iki tərəf vaxt və pul itirir.
1xeber.media xəbər verir ki, bu barədə noyabrın 12-də Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O, həmçinin iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına və iqtisadi əməkdaşlıq üçün yeni imkanların açılmasına ehtiyac olduğu fikrini bildirib. Rusiya prezidentinin sözçüsü vurğulayıb ki, Rusiya ABŞ prezidenti Donald Trampın hələ də Ukrayna münaqişəsinin diplomatik yolla həllinə yardım etməyə hazır olduğuna ümid edir.















