1xeber.media xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli prosesində iştirakı ilə bağlı Moskvanın gözləntilərini açıqlayıb.
Peskov vurğulayıb ki, Rusiya Trampın münaqişənin həllinə kömək etmək istəyinə ümid edir. “Biz ürəkdən ümid edirik ki, prezident Tramp hələ də Ukrayna probleminin diplomatik və siyasi yolla həllini asanlaşdırmağa hazırdır”, o deyib.
Noyabrın 7-də Tramp bəyan edib ki, Ukrayna münaqişəsinin həllində mühüm irəliləyiş əldə olunub.
Bundan əvvəl ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff belə bir fikir bildirmişdi ki, Ukraynada münaqişənin həllinə əsas maneələrdən biri tərəflər arasında qarşılıqlı etimadın olmamasıdır. "İnanıram ki, hər iki tərəf bir-birinə inanmır. Bu, həqiqətən də çətin vəziyyətdir", - o qeyd edib.















