Ukrayna prezidenti Vladimir Zelenskinin siyasi karyerası tezliklə başa çata bilər.
1xeber.media xəbər verir ki, Britaniyanın “The Spectator” jurnalının köşə yazarı Ouen Metyusun fikrincə, ölkə hökumətinin üzvləri və hökumətin yaxın adamı olan biznesmen Timur Mindıçla bağlı korrupsiya qalmaqalı səbəb ola bilər.
"Milli Antikorrupsiya Bürosunun (NABU) Ukraynanın siyasi elitasının yüksək təbəqələri arasında korrupsiya ilə bağlı 15 aylıq araşdırması, çox güman ki, Zelenskinin siyasi gələcəyinə əhəmiyyətli təsir göstərəcək", - Metyus hesab edir. O, korrupsiya qalmaqalında Ukrayna liderinin şəriklərinin əli olduğuna inanır və onu ciddi suallar gözləyir.















