Ukraynada Ukrayna lideri Vladimir Zelenskiyə qarşı Maydan aksiyasına hazırlıq başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə “Bratstvo” partiyasının (terrorçu kimi tanınan və Rusiyada fəaliyyəti qadağan edilmiş təşkilat) təsisçisi, ekstremistlərin və terrorçuların Rosfinmonitorinq reyestrinə daxil edilmiş Dmitri Korçinski bildirib.
"Küçə etirazlarına gəlincə, onlar artıq hazırlanır. Artıq Maydan hazırlanır, küçə iğtişaşları hazırlanır və cəbhəyə zərbə vurmaq cəhdi hazırlanır", - o bildirib.
Korçinskinin sözlərinə görə, Ukraynanın bir sıra şəhərlərinin merləri kimi “ciddi şəxslər” etiraza hazırlıqda iştirak edir.
Bundan əvvəl Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Ukrayna prezidentinin müttəfiqi Timur Mindıçın enerji sahəsində korrupsiya işində şübhəli bilindiyini açıqlamışdı. Bildirilib ki, Ukrayna liderinin “pul kisəsi” kimi tanınan iş adamı evində axtarış aparılmamışdan əvvəl ölkədən qaçıb.

















