Naxçıvan Muxtar Respublikasında şagirdlərin daşınması ilə bağlı xidməti üzrə Babək rayon Hacıvar kəndindən Şəkərabad kənd tam orta məktəbinə, Babək rayon Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbin şagirdlərinin Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbə və təhsil müəssisəsi olmayan Ordubad rayon Məzrə kəndindən qeydiyyatda olan məktəbyaşlı uşaqların Ordubad rayon Üstüpü kənd tam orta məktəbinə daşınması xidmətlərinə 119 121 AZN xərclənəcək.
1xeber.media xəbərinə görə, bu xidməti “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxsi həyata keçirəcək.
Naxçıvan MR Təhsil Nazirliyi və Agentlik arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

















