Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) süni intellekt üzrə ekspertlərinin ilk iclası 2026-cı ildə Astanada keçiriləcək.
1xeber.media xəbər verir ki, bu barədə Qazaxıstan Baş naziri Oljas Bektenov məlumat verib.
Baş nazir bildirib ki, Qazaxıstan ŞƏT çərçivəsində layihələrin təşviqi üçün Astana Beynəlxalq Maliyyə Mərkəzindən istifadə etməyə hazırdır.
Həmçinin, onun sözlərinə görə, ölkə ŞƏT çərçivəsində su ehtiyatları məsələlərini öyrənmək üçün mərkəzin yaradılmasını təklif edir.
Bektenov onu da qeyd edib ki, ŞƏT-ə üzv ölkələr arasında ticarət dövriyyəsi artıq 1 trilyon dollara yaxınlaşır.

















