1xeber.media xəbər verir ki, noyabrın 18-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İran Birləşmiş Ştatlarla razılaşmaya çox can atır.
Tramp Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü zamanı deyib: "İran həqiqətən razılıq əldə etmək istəyir. Sizə deyə bilərəm ki, məncə, onlar saziş bağlamaq üçün çox həvəslidirlər".
O, razılaşmaya tam açıq olduğunu və İranla danışıqlar apardığını da açıqlayıb. O, həmçinin bildirib ki, İranla daha əvvəl razılaşma əldə oluna bilərdi, lakin “bu, alınmadı”.

















