Terrorçuluğun maliyyələşdirilməsi ittihamı ilə mühakimə edilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
1xeber.media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Hökmə əsasən Anar Salamzadə 11 il, Xəqani Ömərov 10 il 6 ay, Elçin Əzizov isə 10 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.
Onlar DTX tərəfindən tutularaq AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediliblər.















