Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) rəsmi şəxsləri ilə görüşüb.
1xeber.media xəbər verir ki, bu barədə məlumatı Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında paylaşıb.
"Mən Avropa İttifaqından olan həmkarlarımla Azərbaycan və Aİ arasında münasibətlərdə son vaxtlar müşahidə olunan müsbət dinamikanı müzakirə etməkdən məmnun oldum.
Biz ikitərəfli gündəliyin geniş spektrini və Azərbaycan-Aİ tərəfdaşlığının daha da gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi apardıq", - deyə Hikmət Hacıyev qeyd edib.
















