İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərli azadlığa çıxıb.
1xeber.media teleqraf-a istinadən xəbər verir ki, onun həbs müddəti başa çatdığı üçün bu gün sərbəst buraxılıb.
Qeyd edək ki, F.Cəfərli bu ilin iyulunda böhtan atmaqda təqsirli bilinərək 4 ay müddətinə həbs edilmişdi. O, vəkil Elvin Əliyevin şikayəti əsasında təqsirli bilinmişdi.

















