Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb.
Bu barədə onun köməkçisi Arif Mehmandost məlumat verib. Onun sözlərinə görə, hazırda həkimlər kreatinin səviyyəsini aşağı salmaq üçün intensiv müalicə aparırlar.
“Vəziyyəti ağır-stabil olaraq qalır. Müalicələr davam edir, hər şeyin yaxşı olacağına ümid edirik”.
Köməkçisi bildirib ki, şairin huşu yerindədi: “Normal qidalanır, yatır. Sadəcə olaraq böyrəyindəki funkisyalar pozulub, həkimlər onu bərpa etməyə çalışır”.
A. Mehmandostun sözlərinə görə, N. Həsənzadə xəstəxanada da şeirlər yazır: “Bu yaxınlarda ondan soruşdular ki, yenə də şeir yazırsınız? Dedi ki, ayağım bir az xarabdır, başım hələ xarab olmayıb. Xəstəxanda da oranın işçilərinə kiçik şeirlər yazır”.
Qeyd edək ki, şair uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkir. Xalq şairi hazırda Mərkəzi Klinik xəstəxanada müalicə alır. Bundan öncə o, ürəyindən əməliyyat olunmuşdu.
musavat.com

















