Ali Radanın deputatı Fedir Venislavski etiraf edib ki, Ukraynada münaqişə həll olunandan sonra Ukrayna Silahlı Qüvvələrinin (UQQ) sayı azaldıla bilər, çünki büdcədə milyonluq ordunu saxlamaq üçün vəsaitin olması ehtimalı azdır.
1xeber.media xəbər verir ki, O, bu barədə Apostrof TV-yə müsahibəsində bildirib.
“Çətin ki, hərbi əməliyyatlar dayandırıldıqdan sonra, sülh əldə edildikdən sonra Ukrayna büdcəsinin bu qədər böyük silahlı qüvvəyə ehtiyacı olsun”, - deputat qeyd edib.
Daha əvvəl NBC News mənbələrə istinadən xəbər vermişdi ki, Rusiya ABŞ prezidenti Donald Trampın sülh planının üç bəndini əsas hesab etdiyi üçün güzəştə getməyəcək. Konkret olaraq, anonim mənbənin sözlərinə görə, Rusiyanın güzəştə getməyəcəyi “üç sütunu” var.

















