Litva Belarusla sərhəddə uçuşa qadağa zonasını 2026-cı ilin fevralına qədər uzadıb.
1xeber.media xəbər verir ki, bu barədə Sputnik Litva Litva Silahlı Qüvvələrinə istinadən öz Telegram kanalında məlumat yayıb.
“Belarusla sərhəddə hava məkanında uçuşa qadağa zonası 2026-cı il fevralın 1-dək uzadılıb”, - nəşr qeyd edib.
Məhdudiyyətlər avqust ayında tətbiq edilib. Dekabrın 2-də Litvanın Belarusla sərhəddə uçuş qadağasını uzatmayacağı bildirildi. Lakin hakimiyyət öz qərarını geri götürüb.
Bundan əvvəl hakim Litva Sosial Demokrat Partiyasının (SDPL) rəhbəri Mindauqas Sinkeviçyus bəyan etmişdi ki, Vilnüs Kalininqrada tranzitin məhdudlaşdırılmasını Belarus və Rusiyaya təzyiq göstərmək üçün bir neçə sərt tədbirlərdən biri hesab edə bilər.

















