İrəvanda Eçmiədzin dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryan saxlanılıb.
1xeber.media xəbər verir ki, bu barədə məlumatı onun vəkili Arsen Babayan sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, hazırda arxiyepiskopun hansı səbəbdən saxlandığı ilə bağlı rəsmi açıqlama verilməyib.
Məsələ ilə bağlı araşdırmalar davam edir.

















