Misir, İordaniya, BƏƏ, İndoneziya, Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin xarici işlər nazirləri İsrailin "Rəfah" keçid məntəqəsini təktərəfli açması və Qəzza sakinlərini Misir ərazisinə çıxarmağa yönəlmiş addımlarından ciddi narahatlıq ifadə ediblər.
1xeber.media-nın xəbərinə görə, 8 ölkənin birgə bəyanatında bildirilir ki, ABŞ prezidenti Donald Trampın təqdim etdiyi regional plan çərçivəsində "Rəfah" keçid məntəqəsinin yalnız ikitərəfli mexanizmlə işləməli olduğu, Qəzza əhalisinin isə öz torpaqlarında qalmaq hüququnun təmin edilməsinin vacibliyi xatırladılır.
Birgə bəyanatın əsas məqamları:
- İsrailin "Rəfah" keçid məntəqəsini təktərəfli açması beynəlxalq razılaşmalara ziddir;
- Qəzza sakinlərinin Misirə yönləndirilməsi "məcburi köçürmə" riskini artırır;
- Qəzzada idarəçiliyin bərpası üçün Fələstin rəhbərliyinin (Mahmud Abbas administrasiyası) yenidən bölgədə tam nəzarət qurması tələb edilir.
Nazirlər xəbərdarlıq ediblər ki, Qəzzadan əhalinin çıxarılması bölgədə humanitar fəlakəti daha da dərinləşdirəcək və siyasi prosesləri pozacaq.

















