Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X-dəki hesabında Doha Forumu ilə bağlı paylaşım edib.
1xeber.media xəbər verir ki, o, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla müzakirələrinin videosunu paylaşıb.
Qeyd edək ki, dekabrın 6-da keçirilən müzakirələr zamanı sülhün iqtisadi faydaları, əlaqəlilik, etimad quruculuğu tədbirləri də daxil olmaqla Vaşinqton razılaşmasının icrası istiqamətində atılan addımlar müzakirə olunub.

















