Macarıstanın baş naziri Viktor Orban dekabrın 8-də Türkiyəyə səfər edəcək.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran dekabrın 7-də "NSosyal" media platformasında məlumat verib.
Nəşr qeyd edir ki, səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.
Macarıstan nümayəndə heyəti Türkiyə-Macarıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirak edəcək.
Bildirilir ki, səfər zamanı iki ölkə arasında münasibətlər bütün aspektlər üzrə hərtərəfli araşdırılacaq, ikitərəfli münasibətlərin müqavilə-hüquq bazasının möhkəmləndirilməsinə yönəlmiş bir sıra sazişlərin imzalanması planlaşdırılır.

















