Mauro İkardinin oyunundan narazı qalan və ehtiyat hücumçu ilə müqavilə bağlamaq istəyən "Qalatasaray" İtaliyada axtardığı oyunçunu tapıb.
Türkiyə klubu "Milan"ın ulduzu Santiaqo Ximenezi ilə maraqlanır.
"Sarı-qırmızılar" 24 yaşlı hücumçunu yanvar ayında icarəyə götürmək istəyir.
Qeyd edək ki, "Milan" ötən mövsümün ortalarında Ximenezi 30,2 milyon avroya transfer etmişdi.
















