"Yazırlar ki, Ramiz Mehdiyevin təkcə Bakıda minlərlə evi var. Mənim qızım isə "Xruşşovka" deyilən, 60 il bundan əvvəl tikilmiş, gündə səhər-axşam 2 saat su verilən, qızdırıcısı olmayan, sınıq-sökük evdə yaşayır".
1xeber.media xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış yazıçı, keçmiş diplomat Xeyrəddin Qoca qeyd edib.
X.Qoca daha sonra bildirir: "Bu şəraitsizlikdə qızımın ömrü zay olur!..
Ramizin evləri hökümət tərəfindən alınsa, xahiş edəcəyəm, minlərlə evdən birini qızıma versinlər!.."

















