Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın prezident seçkiləri ilə bağlı çağırışına cavab verib.
1xeber.media xəbər verir ki, Onun sözlərini RBC-Ukrayna yayıb.
"Mən həmişə hazıram", - Ukrayna lideri bildirib.
Daha əvvəl Tramp Zelenskinin səsvermədə qalib gələ biləcəyini etiraf edib, lakin ölkədə uzun müddətdir seçki keçirmədiyini qeyd edib.
Bundan başqa, Amerika lideri bəyan edib ki, Zelenski "özünü bir yerə toplayıb" Vaşinqtonun münaqişənin həlli üçün hazırladığı sülh planı ilə razılaşmalıdır.

















