1xeber.media xəbər verir ki, “The Times of Israel” çərşənbə axşamı mənbələrə istinadən yazır ki, Həmas Qəzza zolağında yalnız danışıqlar yolu ilə Fələstin dövləti yaradılacağı təqdirdə hərbi əməliyyatları dayandırmağa razılaşacağını bildirib.
Qəzet yazır ki, “Həmas”dakı mənbə “The Times of Israel” qəzetinə bildirib ki, hərəkat yalnız danışıqlar yolu ilə Fələstin dövləti yaradılacağı təqdirdə tərksilah etməyə razı olacaq”.
HƏMAS sözçüsü, hərbi əməliyyatların dayandırılmasının “zorla və ya ultimatumla əldə edilə bilməyəcəyi” fikrini ifadə edib.
"İsrail HƏMAS-ı silahlarını yerə qoymağa məcbur etmək üçün bütün hərbi gücünü iki il sərf etdi və bu, uğursuz oldu", - mənbə əlavə etdi.
Oktyabrın 9-na keçən gecə ABŞ prezidenti Donald Tramp İsrail hökuməti və HƏMAS-ın Qəzza münaqişəsinin həlli ilə bağlı Vaşinqtonun təklif etdiyi planın birinci mərhələsinə razılaşdıqlarını açıqlayıb.
Plana görə, HƏMAS Qəzzanın idarə olunmasında istənilən formada iştirakdan imtina etməlidir. Tunellər və silah istehsalı müəssisələri də daxil olmaqla, bütün hərbi, terror və hücum infrastrukturu məhv ediləcək və yenidən tikilməyəcək. Qəzzada müstəqil müşahidəçilərin nəzarəti altında silahların son ləğvi də daxil olmaqla, demilitarizasiya prosesi həyata keçiriləcək.
Bundan sonra atəşkəs dəfələrlə pozulub.
7 oktyabr 2023-cü ildə Həmas İsrailə hücum etdi. İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı əməliyyata başlayıb.
















