
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə razılaşarsa, respublikanın enerji atəşkəsinə hazır olduğunu bəyan edib.
1xeber.media xəbər verir ki, bu barədə Novyny.LIVE öz Telegram kanalında sitat gətirib.
"Bu, xalq üçün çox vacibdir", - Ukrayna lideri vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Ukraynanın energetika sektorunu hədəfə alır və buna görə də ölkənin Silahlı Qüvvələri eyni şəkildə cavab verir. Lakin Rusiya enerji atəşkəsinə hazır olsa, Kiyev bunu dəstəkləyəcək.

















