Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, əsaslı təmir-bərpa işləri çərçivəsində Kəlbəcərin də elektrik şəbəkəsi yenidən qurulur. Rayonun ən ucqar dağ kəndlərinə 35 kV-luq izolyasiyalı hava xətləri çəkilir, yeni güc mərkəzləri yaradılır...
1xeber.media xəbər verir ki,"Azərişıq”dan verilən məlumata görə, Alagöllər, Zəylik və Zod kəndlərində yerləşən strateji obyektlərə və “İstisu” mineral su zavoduna 35 kV-luq ikidövrəli özünüdaşıyan izolyasiyalı naqillər çəkilib, transformator məntəqələri quraşdırılıb. Yanşaq və Zallar kəndlərinə də 35 kV-luq xətlərin çəkilişi başa çatıb.
Məlumata görə, şəhər ərazisində 110/35 kV-luq yarımstansiyanın tikintisi davam edir. 35/0.4 kV-luq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzində isə işlər yekunlaşıb. Kəlbəcərə köç edən ailələrin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün 0.4 kV-luq elektrik şəbəkəsi yenidən qurulub.

















