1xeber.media xəbər verir ki, Avropa İttifaqı (Aİ) təzminat ödənilənə qədər Rusiyanın aktivlərinin dondurulması mexanizmini təsdiqləyib.
Avropa ölkələri, Moskva Ukraynaya təzminat ödəyənə qədər Rusiyanın dövlət aktivlərindəki 210 milyard avronun dondurulmuş saxlanması üçün Avropa Komissiyasına fövqəladə səlahiyyətlər verən hüquqi çərçivəni təsdiqləyib.
Məqalədə deyilir ki, qərar Aİ-nin daimi nümayəndələrinin “çox aydın əksəriyyəti” tərəfindən qəbul edilib. Yeni mexanizm faktiki olaraq Macarıstanı və digər Rusiyaya dost hökumətləri sanksiyaların hər altı aydan bir uzadılmasına mane olmaq imkanından məhrum edir.
Daha əvvəl Reuters xəbər vermişdi ki, Aİ ölkələri Rusiya aktivlərinin uzunmüddətli dondurulması üçün hüquqi prosedurlara başlayıblar. Danimarka nümayəndə heyəti prosedurun Aİ müqaviləsinin 122-ci maddəsinə uyğun olaraq həyata keçiriləcəyini vurğulayıb.
Öz növbəsində, Belçikalı Avropa Parlamentinin üzvü Rudi Quennes Aİ-nin Rusiyanın dondurulmuş aktivlərinə həbs qoymasına qarşı çıxıb.

















