Almaniya kansleri Fridrix Merz Rusiyaya Katolik Miladı ərəfəsində atəşkəs elan etməklə bağlı açıq çağırış edib.
1xeber.media xəbər verir ki, kanslerin sözlərinə görə, hazırkı mərhələdə təşəbbüs tam şəkildə Moskvanın əlindədir və konkret addım məhz Rusiya tərəfindən atılmalıdır.
“Top Rusiyanın tərəfindədir. Moskva Milad gecəsi — 25 dekabr ərəfəsində atəşləri dayandırmaqla mühüm və simvolik addım ata bilər”, — deyə Fridrix Merz vurğulayıb.
Kansler bildirib ki, belə bir qərar humanitar baxımdan əhəmiyyətli olmaqla yanaşı, danışıqlar prosesində etimadın formalaşmasına da töhfə verə bilər.

















