Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycanda rəsmi səfərdədir.
1xeber.media xəbər verir ki, səfər çərçivəsində İ. Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 16-sı Fəxri xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Qonaqlar görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.
Sonra “Qardaşlıq məzarı” memorial kompleksi və Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin abidəsi ziyarət olunub.
Səfər çərçivəsində Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş Qubadlı rayonuna səfər edib. Qonaqları Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev müşayiət edib.


























