Polşa prezidenti Karol Navrocki Ukrayna prezidenti Vladimir Zelenskini Varşavanın köməyinə görə nankorluqda ittiham edib.
1xeber.media xəbər verir ki, O, Wiadomosci portalına müsahibəsində ukraynalı həmkarını tənqid edib.
Navroçkinin sözlərinə görə, onda belə təəssürat yaranıb ki, Zelenski son bir neçə ildə Polşa yardımını təbii qəbul edir.
“Bizimlə danışıq aparmağa, danışmağa ehtiyac yoxdur, çünki biz artıq iştirak etmişik və hər şeyi vermişik”, - deyə o, gileylənib.
Polşa lideri həmçinin Varşava ilə Kiyev arasında “tərəfdaşlıq elementi”nin itdiyini bəyan edib.
Dekabrın əvvəlində Navroçki Zelenskinin dəvəti ilə Ukraynaya getməkdən imtina etmişdi. Onların görüşünün Polşa torpağında baş tutacağı bildirilirdi.

















