Türkiyənin Hatay vilayətinin Hassa rayonunda 4 bal gücündə zəlzələ baş verib.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ 7,41 km dərinlikdə qeydə alınıb.
Dağıntılar barədə məlumat verilməyib.
















