Alman qoşunları Rusiya ilə mümkün sülh sazişindən sonra Ukraynada hərbisizləşdirilmiş zonanın təhlükəsizliyini təmin etmək üçün beynəlxalq təhlükəsizlik missiyasında iştirak edə bilər.
1xeber.media xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz ZDF telekanalına müsahibəsində bildirib.
Siyasətçinin sözlərinə görə, bundan sonra alman əsgərlərinə "rusların müdaxiləsinə və ya hücumlarına cavab verməyə" icazə veriləcək. Bununla belə, kansler “hələ bu mərhələyə çatmadığını” vurğulayıb.
Daha əvvəl Almaniya kansleri Ukrayna üzrə danışıqların təfərrüatlarını açıqlayıb və iddia edib ki, tərəflər həqiqətən də Donbasda “demilitarizasiya zonası”nın yaradılmasını müzakirə edirlər. Merz belə bir zonanın yaradılmasını dəstəklədiyini bildirib, çünki bu, “münaqişə edən tərəflərin ayrılmasına” imkan verəcək.

















