1xeber.media xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası 2026-cı maliyyə ili üçün təxminən 900 milyard dollar hərbi xərcləri, o cümlədən 400 milyon dolları Ukraynaya hərbi yardımı təsdiqləyib.
231 deputatın dəstəklədiyi və 196 deputatın əleyhinə çıxan tədbirdə qeyd olunur ki, Ukrayna üçün vəsait Müdafiə Təhlükəsizliyinə Yardım Təşəbbüsü (DSİ) vasitəsilə ayrılmalıdır. Bu təşəbbüs birbaşa ABŞ arsenallarından avadanlıq və təchizat təmin etməkdənsə, ABŞ Müdafiə Nazirliyi ilə istehsalçılar arasında müqavilələri nəzərdə tutur.
Bundan əlavə, Pentaqon ABŞ administrasiyası Ukraynaya Konqres tərəfindən artıq təsdiq edilmiş yardımı dayandırmaq və ya ləğv etmək qərarına gələrsə, qanunvericiləri xəbərdar etməlidir.
Finlandiya bundan əvvəl Ukraynaya maliyyə yardımı göstərməkdən imtina edib.

















