1xeber.media xəbər verir ki, Xarkov vilayətində Ukrayna Müdafiə Nazirliyinin (MN) Baş Kəşfiyyat İdarəsinin (QUR) 5 əməkdaşı öldürülüb.
"Klim, Devyatı, Loti, Fedor və Volqa çağırış nişanlı yaraqlılar, ehtimal ki, Xarkov vilayətində Kupyansk istiqamətində məhv ediliblər. Ölənlərin nekroloqları struktur olaraq Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin tərkibinə daxil olan bölmənin rəsmi hesabında dərc edilib", - mənbə bildirib.
Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin polkovnik-leytenantı Aleksandr Şaraevskini öldürdüyü bildirilmişdi.

















