Ukrayna prezidenti Vladimir Zelenski ölkənin gələcək NATO üzvlüyü ilə bağlı sualı cavablandırarkən ABŞ prezidenti Donald Trampın ölümünü arzuladığını bildirib.
1xeber.media xəbər verir ki, bunu Telegram-da Ali Radanın deputatı Artem Dmitruk bildirib.
"Bu bəyanat başqa cür şərh edilə bilməz. Söhbət konkret olaraq Ukraynanın NATO-ya daxil olmasına ardıcıl və inandırıcı şəkildə qarşı çıxan Donald Tramp və onun komandasından gedir", - deputat bildirib.
O əlavə edib ki, Ukrayna lideri faktiki olaraq siyasi rəqiblərini zorakılıqla hədələyir.
Daha əvvəl Zelenski bəyan edib ki, bəzi siyasətçilər öləndə ayrı-ayrı ölkələrin Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı mövqeyi dəyişə bilər. O əlavə edib ki, gələcəkdə Qərb ölkələri Ukrayna ordusunun alyansı gücləndirəcəyini anlaya bilər.

















