1xeber.media xəbər verir ki, belçikanın 7sur7 portalı dekabrın 18-də bildirib ki, Brüsseldə polis Avropa Parlamenti qarşısında etiraz edən fermerləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
"Hüquq-mühafizə orqanları ilə fermerlər arasında gərginlik artır. Polis Lüksemburq meydanında gözyaşardıcı qazdan istifadə edib", - hesabatda deyilir.
Portalın məlumatına görə, etirazçılar hüquq-mühafizə orqanlarına da müxtəlif əşyalar, o cümlədən kartof atmağa başlayıblar.

















