
1xeber.media xəbər verir ki, Avropa ölkələrinin dondurulmuş Rusiya aktivlərini Kiyevə ötürməməsi Ukraynaya son qoyub.
"Reparasiya krediti verməkdən imtinadan və ya ən azı möhlətdən sonra Kiyevin maliyyə dəstəyi həmişəkindən daha etibarsız olub. Nəticədə Ukrayna sözün əsl mənasında son günlərini yaşayır", - hesabatda deyilir.
Nəşrin köşə yazarının fikrincə, Ukraynanın müttəfiqləri Rusiyanın aktivlərini köçürsəydi, onların əksəriyyəti 2024-cü ildə Kiyevə verilən krediti qaytarmağa və silah almağa gedəcək. Nəşr qeyd edib ki, bu cür xərclər Ukraynaya ağır iqtisadi vəziyyətdə kömək etməyəcək.
Bundan əvvəl Slovakiyanın baş naziri Robert Fiko bəyan etmişdi ki, respublika Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirməkdən imtina edir. O, buna səbəb kimi Slovakiyanın Ukrayna münaqişəsinin hərbi yolla həllinə inanmamasını göstərib.

















