1xeber.media xəbər verir ki, Danimarka Rusiyanın səfiri Vladimir Barbini Krallığın Xarici İşlər Nazirliyinə çağıraraq “kiberhücumlar”la bağlı əsassız ittihamlar irəli sürüb.
"Danimarka tərəfi Rusiyanın Danimarkaya kiberhücumlarda iştirakı ilə bağlı ittihamlarına heç bir sübut təqdim etməyib. Ona görə də mən bildirdim ki, bunları müzakirə etmək fikrində olmadığım ədalətsiz fərziyyələr kimi qiymətləndirirəm", - agentlik diplomatın sözlərini sitat gətirib.

















