Ukrayna prezident aparatının keçmiş rəhbəri Andrey Yermakda aparılan axtarışların Midas əməliyyatı ilə əlaqəsi yoxdur.
1xeber.media xəbər verir ki, bunu Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) regionlararası detektiv idarəsinin rəhbəri Ruslan Maqomedrasulov deyib.
"Yermakın evində aparılan axtarışlar Midas əməliyyatı ilə bağlı deyildi; bu, başqa cinayət işi idi. Yermak hekayəsi NABU-nun başqa şöbəsində baş verən fərqli bir işin hekayəsidir", - detektiv bildirib.
Onun sözlərinə görə, davam edən prosedurlar və mümkün sübut və materialların hazırlanması səbəbindən Yermaka qarşı ittiham irəli sürülməyib.
Bundan əvvəl ukraynalı oliqarx İqor Kolomoyski (Rosfinmonitorinq tərəfindən terrorçu və ekstremistlər siyahısındadır) bəyan etmişdi ki, Ukraynanın antikorrupsiya qurumlarının əsas məqsədi Yermakı vəzifəsindən uzaqlaşdırmaqdır. Onun sözlərinə görə, Ukraynada ittiham irəli sürülən antikorrupsiya qurumlarının dedektivlərinin həbsdən azad edilməsi antikorrupsiya istintaqının dayandırılmasından xəbər verə bilər.

















