1xeber.media xəbər verir ki, Moskva vilayətinin Vidnoye şəhərindəki pansionatda 3 nəfər bağırsaq infeksiyasından ölüb, dekabrın 19-da Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
"Zəhərlənmə əlamətləri ilə 15 sakin tibb müəssisəsinə yerləşdirilib, daha 3 nəfər ölüb", - İstintaq Komitəsi öz Telegram kanalında yazıb.
Pansionat sakinlərinin kütləvi zəhərlənməsinə səbəb olan həyat və sağlamlıq tələblərinə cavab verməyən xidmətlərə görə cinayət işi açılıb.

















