Şamaxıda evdə partlayış olub, xəsarət alan var.
1xeber.media məlumatına görə, hadisə rayonun İstiqlal küçəsi, ev 16 ünvanında baş verib.
Belə ki,1963-cü il təvəllüdlü Ömərov Rahim Paşa oğluna məxsus 5 otaqlı fərdi yaşayış evində qazsızma nəticəsində partlayış olub. Hadisə nəticəsində ev sahibi müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Partlayış nəticəsində evdə yanğın qeydə alınıb.

















