1xeber.media xəbər verir ki, Çexiya hökumət binasının yanındakı bayraq dirəyindən Ukrayna bayrağı götürülüb, yerində isə Avropa İttifaqının (Aİ) bayrağı asılıb.
"Əvvəllər orada olan standart bayraqlar dəsti: Çexiya və Avropa İttifaqının bayrağı indi hökumət binasının qarşısında nümayiş etdirilir", - Çexiya hökumətinin sözçüsü Karla Mráčkova deyib.
Onun sözlərinə görə, böyük tədbirlərdə Ukrayna bayrağı dalğalanacaq. Mráčková vurğulayıb ki, Ukraynaya dəstək hökumət binası qarşısında bayrağın asılmasından asılı deyil.
Daha əvvəl Çexiyanın baş naziri Andrey Babiş bəyan etmişdi ki, onun ölkəsi Ukraynaya döyüş sursatının verilməsi təşəbbüsünü davam etdirməyə razıdır, ancaq bunu başqa ölkələr maliyyələşdirəcək.

















