
1xeber.media xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmer gələcəkdə çoxmillətli qüvvələrin Ukraynaya yerləşdirilməsi ilə bağlı niyyət bəyannaməsini imzalayıblar. Mərasim yanvarın 6-da axşam Parisdə “İrəlilər Koalisiyası” adlanan təşkilatın iclası zamanı baş tutub.
Bu sənəd münaqişənin başa çatmasından sonra Qərb qoşunlarının yerləşdirilməsi ilə bağlıdır. Bununla belə, Polşanın baş naziri Donald Tuskun sözlərinə görə, “hər bir ölkədən konkret təminatlarla bağlı razılaşmalar hələ layihə mərhələsindədir”. Sənəd çərçivə sənədidir və yalnız niyyəti ifadə edir; orada xarici hərbi mövcudluğun sayı, formatı və ya müddəti ilə bağlı konkret öhdəliklər yoxdur.

















