Avropa İttifaqı Suriyaya bərpa və dəstək məqsədilə 620 milyon avro vəsait ayıracağını açıqlayıb.
1xeber.media xəbər verir ki, bu qərar, Avropa Komissiyası sədri Ursula fon der Lyayen və Avropa Şurası sədri Antoniu Koştanın Dəməşq ziyarəti sonrası verilib.
Məlumata görə, vəsait 2026–2027-ci illərdə ölkənin postmüharibə bərpası, dövlət institutlarının dəstəklənməsi və humanitar proqramlara yönəldiləcək.
Bununla Avropa İttifaqı Suriyada sabitliyin bərpası və quruculuq prosesinə aktiv töhfə vermək niyyətini nümayiş etdirir.

















