İranın devrilmiş şahının sürgündəki oğlu, vəliəhd Rza Pəhləvi ölkə vətəndaşlarını şəhərləri zorla ələ keçirməyə çağırdı.
1xeber.media xəbər verir ki, onun video müraciəti X sosial media platformasında dərc edilib.
"Məqsədimiz artıq sadəcə küçələrə çıxmaq deyil. Məqsəd şəhər mərkəzlərini ələ keçirməyə və saxlamağa hazırlaşmaqdır", - Pəhləvi bildirib.
O, həmçinin iqtisadiyyatın əsas sektorlarında çalışanlar da daxil olmaqla, iranlıları ümumxalq tətilinə qoşulmağa çağırıb.
Bir müddət əvvəl "Time" jurnalı Tehranın mərkəzində etirazçılara qarşı açılan atəş nəticəsində ən azı 217 nəfərin öldüyünü bildirmişdi.

















