ABŞ Prezidenti Donald Tramp Venesuelanın ABŞ Xəzinədarlıq hesablarında saxlanılan neft gəlirlərini qorumaq üçün milli fövqəladə vəziyyət elan edən sərəncam imzaladı.
1xeber.media xəbər verir ki, Sənəd 10 yanvarda Ağ Evin saytında dərc edilib.
"Hesab edirəm ki, xarici hökumətlərin depozit fondlarına qarşı müsadirə və ya digər hüquqi tədbirlər görülməsi təhdidi ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə əhəmiyyətli dərəcədə zərər verəcək. Mən bununla bu təhlükəni aradan qaldırmaq üçün milli fövqəladə vəziyyət elan edirəm", - deyə sərəncamda bildirilir.
Tramp vurğulayıb ki, bu cür hərəkətlər Vaşinqtonun Venesuelada iqtisadi və siyasi sabitliyi təmin etmək səylərinə xələl gətirəcək və bu da öz növbəsində əsas xarici siyasət məqsədlərini təhlükə altına qoyacaq. Bunlar arasında Amerika lideri qanunsuz miqrasiyaya, narkotik qaçaqmalçılığına və İran və Hizbullahın təsirinə qarşı mübarizəni vurğulayıb.

















