Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen əlavə müdafiə xərclərini maliyyələşdirmək üçün Avropa Birliyi (AB) daxilində borc qaydalarını yumşaltmaq istəyir.
1xeber.media xəbər verir ki. "The Telegraph" qəzetinin məlumatına görə, bunu etməklə o, AB üzv dövlətlərini Rusiya ilə mümkün müharibəyə hazırlamaq istəyir.
Hesabatda deyilir: "Von der Leyen 2030-cu ilə qədər üzv dövlətlərini Rusiya ilə müharibəyə hazırlamaq ümidi ilə 650 milyard avro əlavə müdafiə xərclərini maliyyələşdirmək üçün blok daxilində borc qaydalarını yumşaltmaq üçün addımlar atıb".
Əvvəllər bildirilirdi ki, Avropa Parlamentindəki bəzi partiyalar Rusiya ilə müharibənin qaçılmaz olduğuna əmindirlər. Onlar münaqişənin növbəti üç il ərzində başlaya biləcəyinə inanırlar.

















