1xeber.media xəbər verir ki,Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli Kürdəmir Peşə Liseyi PHŞ-də olmuş, müəssisənin fəaliyyəti ilə yaxından tanış olmuşdur. İcra başçısına liseydə tədris prosesi, tələbələrin istehsalat təlimləri, emalatxanalar və mövcud infrastrukturla bağlı məlumat verilmişdir.
Daha sonra liseyin inzibati-pedaqoji heyəti ilə dəyirmi masa formatında görüş keçirilmişdir. Görüş zamanı liseyin direktoru Nurlan Abdullayev çıxış edərək təhsil müəssisəsinin fəaliyyəti, ixtisaslar, təlim imkanları və perspektiv planlar barədə ətraflı məlumat vermişdir.
























