"Qarabağ" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Şamaxı"ya məğlub olub.
1xeber.media xəbər verir ki, qarşılaşma Şamaxı şəhər stadionunda keçirilib.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Şamaxı"nın heyətində 26 və 41-ci dəqiqələrdə Karim Rossi fərqlənib. Qonaqlar isə 76-cı dəqiqədə qol vurub.
Komandalar arasındakı cavab görüşü martın əvvəlində baş tutacaq. Cütün qalibi növbəti raundda "Sumqayıt" - "Zirə" duelinin güclüsü ilə üz-üzə gələcək.
Qeyd edək ki, ötən gün "Sabah" "Qəbələ" ilə, "Sumqayıt" "Zirə" ilə qolsuz bərabərə qalıb.

















