Telegram-ın qurucusu Pavel Durov mesajlaşma xidmətinin mesajlaşma məlumatlarını üçüncü tərəflərlə paylaşmaqdansa, bağlanmasını üstün tutduğunu bildirdi.
1xeber.media xəbər verir ki, o, bu vacib açıqlamanı X sosial şəbəkəsində etdi.
Durov yazıb ki, Telegram bütün tarixi ərzində heç vaxt bir bayt mesajlaşma məlumatlarını üçüncü tərəflərə açıqlamayıb.
Daha əvvəl Telegram-ın qurucusu Pavel Durov WhatsApp-ın etibarsızlığına işarə etmişdi.
Amerikalı sahibkar və X sosial şəbəkəsinin sahibi Elon Mask, Telegram-ın qurucusu Pavel Durovun WhatsApp-ı tənqid edən paylaşımına qısa cavab verdi.

















