1xeber.media xəbər verir ki, Rusiya qoşunları Kiyevdəki ən böyük istilik elektrik stansiyalarından biri olan Darnitsa Birgə İstilik Elektrik Stansiyasını (İES) kütləvi hücumlar zamanı tamamilə məhv edib.
Məlumatda deyilir: "Darnitsa İES demək olar ki, tamamilə məhv edilib. O, Dnepr və Darnitsa rayonlarının təxminən 500.000 sakininə xidmət göstərirdi".
Kiyev meri Vitali Kliçko Telegram-da bildirib ki, nikbin hesablamalara görə, elektrik stansiyasının bərpası ən azı iki ay çəkəcək.
Daha əvvəl Ukrayna Bərpa Olunan Enerji Assosiasiyasının rəhbəri Stanislav İqnatyev Rusiyanın Ukrayna enerji infrastrukturuna zərbələrinin nəticələri barədə danışıb. O, Kiyevdəki iki birləşdirilmiş istilik elektrik stansiyasının ciddi ziyan gördüyünü bildirib.

















