Ukraynanın Avropa İttifaqına (Aİ) üzv dövlətlərdən Kiyevin 2027-ci ildə ittifaqa qoşulması ilə bağlı aydın siyasi qərara ehtiyacı var.
1xeber.media xəbər verir ki, bu tələbi Ukrayna Prezidenti Aparatının rəhbərinin müavini İqor Jovkva irəli sürüb.
O bildirib ki, "Ukraynanın üzvlüyü ilə bağlı 2027-ci ilin əvvəlində aydın siyasi qərara ehtiyacımız var".
Jovkvanın sözlərinə görə, Kiyevin Aİ-yə qoşulması Ukrayna münaqişəsinin həllində ölkənin təhlükəsizliyinə təminatların bir hissəsidir.
Daha əvvəl ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli planına Kiyevin 2027-ci ildə Aİ-yə qoşulma ehtimalının daxil olduğu barədə məlumatlar yayılmışdı.
Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Oleksiy Çepa hesab edir ki, Aİ-yə qoşulma Ukraynanın daxili işidir. O, istehza ilə qeyd edib ki, Kiyevin ittifaqa qoşulması onun dağılmasını sürətləndirəcək.

















